AZ

Azərbaycan və Pakistan iki saziş hazırlayır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanması üzərində işləyirlər.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Kəraçi Ticarət və Sənaye Palatasının (KTSP) prezidenti İftixar Əhməd Şeyx ilə görüşdə bildirib.

O, KTSP üzvlərinə Azərbaycan Nazirlər Kabinetinin 22 noyabr 2022-ci il tarixli qərarına əsasən, Pakistandan idxal olunan düyünün 2027-ci il dekabrın 31-dək idxal gömrük rüsumundan azad edilməsi barədə məlumat verib.

Səfir qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsi xeyli artaraq 100 milyon ABŞ dollarını ötüb.

X.Fərhadov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pakistana LNG tədarükünün bərpasının, eləcə də enerji və informasiya texnologiyaları sektorlarına qarşılıqlı investisiyaların qoyulmasının hər iki ölkənin iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb.

Seçilən
38
18
Mənbələr
Şərh ()
Bağla