AZ

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması tarixi hadisədir - RƏY

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunması xüsusi önəm daşıyan tarixi hadisədir.

Bunu "Report"a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, hərb müstəvisində möhtəşəm qələbələr qazanaraq öz ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini bərpa edən Azərbaycan diplomatik arenada zəfərin fundamental əsaslarını möhkəmləndirir: "Ölkəmiz regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edən ardıcıl nailiyyətlərə imza atır".

Komitə sədri bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin praqmatik xarici siyasəti, uzaqgörən və məqsədyönlü strateji kursu postmüharibə mərhələsində Azərbaycan dövlətinin bütün hədəflərinin gerçəkləşməsini mümkün edir.

"Hazırkı dönəmdə Ermənistanın ölkəmizin ilkin şərtlərinə uyğun olaraq qeyri-anklav kəndlərimizi hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan - bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi Prezident İlham Əliyevin "O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır" fikrinin əyani təsdiqi və real təzahürüdür. Bu, heç şübhəsiz, tarixi hərbi qələbənin fonunda böyük diplomatik uğurdur. Bununla, eyni zamanda, sərhəddə gərginliyə səbəb olacaq faktorlar aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir", - S.Novruzov söyləyib.

Parlamentari qeyd edib ki, bütün bu reallıqlar təsdiqləyir ki, Azərbaycan postmüharibə reallıqlarını qəbul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır:

"Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil. Belə prinsipial mövqeyin fonunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır. Yekun saziş isə ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Bütövlükdə isə, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli siyasəti qarşıda duran digər strateji hədəflərə çatmağa imkan verəcək".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8162
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5263
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5076
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4821
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4593
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3766
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3087
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2803
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2770
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2729
Sabah 20 dərəcə isti olacaq
2679
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2289
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2251
Röyanın biabırçı videosu yayıldı
2202
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2078
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1841
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1674
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611