AZ

Dubay Hava Limanında uçuşlar BƏRPA OLUNDU

Güclü leysan səbəbindən təxirə salınan “Flydubai” Beynəlxalq Dubay Hava Limanının ikinci və üçüncü terminallarından aviareyslərin normal rejimini bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Sərnişinlərə reyslərin tarixlərini aviaşirkətin rəsmi saytında yoxlamaq məsləhət görülüb: “Yaxın günlərdə biz səyahət planları pozulmuş sərnişinlərə xüsusi diqqət yetirəcəyik”.

Qeyd edək ki,  aviaşirkətdə reysləri ləğv edilmiş sərnişinlərə pulun qaytarılması və ya reysin təkrar bronlaması barədə məlumat verilib. Lakin biletləri turagent vasitəsilə əldə edənlər birbaşa ona müraciət etməlidir.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla