AZ

Bakıda Dünya kubokunda lider dəyişikliyi - Raffaeli zirvədə

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kuboku davamedir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, ikinci yarış gününün ilk sessiyası başaçatıb.

Çoxnövçülükdə lider dəyişib. İtaliyalı dünya çempionu SofiyaRaffaeli zirvəni ələ keçirib. Onun aktivində 130,700 xal var.

Ukraynalı Taisiya Onofriyçuk 130,350 xalla ikinci sıradaqərarlaşıb. İlk “üçıüy”ü neytral statusla çıxış edən Alina Xarnaskoqapayır – 126,600 xal.

Qeyd edək ki, Azərbaycan gimnastları Zöhrə Ağamirova və KamiləSeyidzadə növbəti sessiyada çıxış edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla