AZ

Türkiyə XİN Azərbaycan-Ermənistan arasında əldə edilən razılaşma ilə bağlı BƏYANAT YAYDI

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının əldə etdiyi razılaşma ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq alqışlanıb: 

“Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir. Rəsmi Ankara razılaşmanın nəticələrini, o cümlədən dörd kəndin Azərbaycana qaytarılmasını müsbət qiymətləndirir.

Türkiyə iki ölkə arasında müzakirələrin davam etdirilməsi ilə bağlı razılığı məmnunluqla qarşılayır”.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla