AZ

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının illik yaz sessiyasında iştirak edən və Azərbaycanı BVF-də rəhbər olaraq təmsil edən, maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Milli Məclisin üzvü, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, Xarici İşlər Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələrinin iştirakı ilə BVF-nin idarəedici direktoru Kristalina Georgieva və heyəti arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı maliyyə naziri S.Şərifov yenidən BVF-in idarəedici direktoru seçilməsi ilə bağlı xanım K.Georgiyevaya Azərbaycan Prezidenti İlham Əliyevin təbrik mesajlarını çatdırıb.

Qarşı tərəf təbrikə görə dərin minnətdarlığını ifadə edib, eyni zamanda, Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüş zamanı, həmçinin BVF-ilə ümumi əlaqələr və COP29 çərçivəsində də mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla