AZ

İşıqfora təpik atanlar polisə çağrıldı - VİDEO

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan şəxs müəyyən olunub və valideynləri ilə birgə polis idarəsinə dəvət olunub. “Profilaktiki söhbətlər aparıldıqdan sonra əmələ görə qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”, - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
9
Mənbələr
Şərh ()
Bağla