AZ

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.

Demokrat.az xəbər verir ki, dialoq iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək və həm çoxtərəfli iqlim danışıqlarında, həm də ölkələr arasında etimadı gücləndirmək üçün 40-a yaxın ölkədən yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək.

Tədbirdə 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində kəsişən mövzulara diqqət yetiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
9
Mənbələr
Şərh ()
Bağla