AZ

Bakıda minlərlə qutu aksiz markasız siqaret aşkarlandı

Bakıda 2377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkarlanıb.

Bu barədə Day.Az-а Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
5
Mənbələr
Şərh ()
Bağla