AZ

Paşinyan: Rusiya sərhədçiləri Tavuşdan da çıxacaq

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasından sonra Rusiyanın sərhəd zastavaları Tavuş rayonundan çıxarılacaq.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda baş verənlər vəziyyətin ciddi şəkildə dəyişməsidir: "Bu o deməkdir ki, artıq bizim təmas xəttimiz yox, sərhədimiz var və sərhəd sülhün əlamətidir. Azərbaycan və Ermənistan sərhədçiləri bir-biri ilə əməkdaşlıq şəraitində sərhədi müstəqil şəkildə qoruyacaqlar”.

Adəm

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
6
Mənbələr
Şərh ()
Bağla