AZ

"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq

"Neftçi"nin iki futbolçusu bu gün "Zirə"yə qarşı keçirəcəkləri Premyer Liqanın XXXI tur oyununu buraxacaq.
 
Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
 
Belə ki, bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı Azər Salahlı sözügedən matçda meydana çıxmayacaqlar.
 
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
7
Mənbələr
Şərh ()
Bağla