AZ

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir

İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsi COP29-un əsas mövzularındandır. Ona görə də maliyyə institutları bu mövzunun noyabrda Azərbaycanda geniş müzakirə olunmasında çox maraqlıdır.

Bu fikirləri Vaşinqtonda səfərdə olan COP29-un prezidenti Muxtar Babayev AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında deyib.

Muxtar Babayevin sözlərinə görə, əvvəlcə çox ciddi danışıqlar prosesi getməlidir ki, donor ölkələr inkişafda olan və xüsusilə ada ölkələrinə, zəif inkişaf etmiş ölkələrə maliyyə yardımlarını mümkün qədər artırsınlar.

Bir neçə gün ərzində beynəlxalq maliyyə institutları, özəl şirkətlər və digər beynəlxalq təşkilatlarla intensiv görüşlər keçirdiyini vurğulayan COP29 prezidenti bildirib: “Biz öz tərəfimizdən mesajlarımızı və gözləntilərimizi onlara çatdırdıq. Onlar da COP29-da iştirakları barədə niyyətlərini söylədilər. İntensiv danışıqlar aparılır. Komandamızla birlikdə çalışırıq ki, bütün iştirakçılarla danışıqların bu müddət ərzində aparılmasını ən azından cədvəlləşdirək, onlarla məsələlərin müzakirəsini müddətlərə bölək. İnanıram ki, nəticədə yaxşı nailiyyətlər əldə edəcəyik”, - deyə COP29-un prezidenti vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7583
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5146
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4867
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4659
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4427
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3673
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2947
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2701
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2666
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2594
Sabah 20 dərəcə isti olacaq
2582
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2258
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2170
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2064
Röyanın biabırçı videosu yayıldı
2053
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1662
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1582
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1579