AZ

AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO

Azərbaycan Mərkəzi Bankı (AMB) Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə qurumları ilə regional tərəfdaşlıq perspektivlərini müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" sosial şəbəkədəki hesabında yazıb.
 
"Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (İMF) Yaz Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrləri ilə məhsuldar müzakirələrdə iştirak etdik. Təmsil etdiyimiz ölkələrin əsas çağırışları və imkanları, eləcə də regional tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - T. Kazımov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
4
Mənbələr
Şərh ()
Bağla