AZ

ABŞ-də IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının tədbiri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktorunun müavini Meri Burs Uorlik ilə görüşüb.

525.az xəbər verir ki, görüşdə enerji sahəsində və COP29 çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Azərbaycanda bərpa olunan enerji istehsal güclərinin yaradılması, şəbəkəyə inteqrasiyası, dənizdə külək enerjisindən istifadə və müxtəlif istiqamətlərdə “yaşıl enerji” dəhlizləri layihələrinin həyata keçirilməsi ilə bağlı yeniliklərdən bəhs olunub.

Həmçinin “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” və “Qlobal Metan Vədi” təşəbbüslərinə qoşulan Azərbaycanın enerji səmərəliliyi, emissiyaların azaldılması üzrə gördüyü tədbirlər nəzərdən keçirilib. Bu istiqamətdə “EU4Energy” proqramı çərçivəsində IEA tərəfindən hazırlanmış “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin layihəsi müzakirə edilib və bu sənədin əhəmiyyəti öhdəliklərə töhfə aspektində dəyərləndirilib.

Söhbət zamanı COP29-un gündəliyindəki prioritetlər, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsi üzrə Azərbaycanın təşviqedici fəaliyyəti və IEA ilə bu çərçivədə intensiv əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
7522
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5143
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
4844
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4658
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4419
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3669
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
2943
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2668
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2662
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2577
Sabah 20 dərəcə isti olacaq
2571
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2256
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2166
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2061
Röyanın biabırçı videosu yayıldı
2045
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2007
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1690
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1617
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1578
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1575