AZ

Orenburqda Ural çayının səviyyəsi 1017 santimetrə enib

Rusiyanın Orenburq vilayətində Ural çayının səviyyəsi 1017 santimetrə enib.

BAKU.WS qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə regional hökumət öz teleqram kanalında məlumat yayıb.

“Orenburqda Ural çayının səviyyəsi 24 saat ərzində 7 bələdiyyənin 22 yaşayış məntəqəsində 1117 yaşayış binası və 1651 təsərrüfat sahəsi sudan təmizlənib”, - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, Orenburqda 14 mikrorayon, üç yaşayış məntəqəsi su altında qalıb. Daşqın zonasında 5848 ev var. 1907 nəfər təxliyə edilib.

Aprelin 20-nə keçən gecə Orenburq vilayətinin çaylarında suyun səviyyəsi bir qədər - bir santimetrdən 17 santimetrə qədər azalıb.

Bundan əvvəl məlum olub ki, bir gecədə Orenburq yaxınlığında Ural çayının səviyyəsi 16 sm azalaraq 1074 sm təşkil edib.

Aprelin 19-da Kurqan vilayətinin qubernatoru Vadim Şumkov bildirib ki, daşqının pik həddi Kurqanda müşahidə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla