AZ

Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq - Energetika naziri

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.Bu barədə BAKU.NEWS-a Energetika Nazirliyindən bildirilib.Nazirliyin məlumatında qeyd olunub ki, energetika naziri Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının “Dayanıqlılıq Həftəsi” çərçivəsində “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda keçirilən sessiyada çıxış edib. Çıxışda Azərbaycanda keçiriləcək COP29-un ədalətli, nizamlı və bərabərhüquqlu enerji keçidi üzrə beynəlxalq əməkdaşlığı genişləndirmək, bərpa olunan enerji və enerji səmərəliliyinin artırılmasını, xalis sıfır emissiyalı enerji sistemlərinin tətbiqini sürətləndirmək üçün imkanlar yaradan mühüm platforma olacağı vurğulanıb.Nazir Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilən Azərbaycanın hazırda “yaşıl enerji”yə keçidi sürətləndirən təşəbbüslərə liderlik etdiyini, “Qlobal Metan Vədi”nə qoşulmaqla və “Enerji Effektivliyi Fondu”nu yaratmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək verdiyini qeyd edib. Enerji təhlükəsizliyinə, əlçatanlıq və dayanıqlılığa cavab verən bərpaolunan enerji Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında “təmiz ətraf mühit” və “yaşıl artım” prioritetinin icrasının əsas hərəkətverici qüvvəsi, enerji təchizatında ölkəmizin mövqeyini möhkəmləndirən yeni mənbə kimi dəyərləndirilib. Bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə 28 QVt “yaşıl enerji”, hidrogen və “yaşıl ammonyak” layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq etdiyi, hazırda elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 33 faizə yüksəldəcək 2 QVt-lıq “yaşıl enerji” güclərinin enerji sisteminə inteqrasiyasını həyata keçirdiyi bildirilib. “Bu çərçivədə bu il ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq. Paralel olaraq, ilkin mərhələdə 5 QVt “yaşıl elektrik”, “yaşıl qaz”ların ixracı üçün “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”ni nəql edəcək “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə əhəmiyyətli addımlar atılır”, - deyə nazir diqqətə çatdırıb.Pərviz Şahbazov deyib ki, Azərbaycanın bərpaolunan enerjinin inkişafına BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” ilə yanaşı, postmünaqişə quruculuğu kontekstində yanaşması azad edilmiş ərazilərimizdə “yaşıl enerji zona”larının yaradılmasına da təkan verib. “Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi ölkəmizi xalis sıfır emissiyalı enerji sisteminə doğru aparan yolun əhəmiyyətli hissəsidir. “İnanırıq ki, “yaşıl enerji” üzrə fəaliyyətimiz və COP29-a sədrliyimiz BMT ilə əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından olan hazırkı prosesə layiqli töhfəsini verəcək və bizi qlobal hədəflərimizə daha da yaxınlaşdıracaqdır,” - deyə nazir əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10011
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7959
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
2169
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1612
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1534
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1512
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1488
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
973
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
688
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
575
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
487
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
318
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
275
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
235
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
232