AZ

Təbii yolla qurudulan meyvələr daha faydalıdır  

Meyvə qurularının sağlamlıq üçün bir sıra faydaları olsa da, yararlılığının uzun müddətli olması üçün üzərinə vurulan müxtəlif kimyəvi maddələr insan sağlığı üçün təhlükə mənbəyi ola bilər.
 
Aztibb.az-ın xəbərinə görə, meyvə qurularının həddindən artıq parlaq və şəffaf görünməsi üçün onlara qida üçün nəzərdə tutulmayan yağlar vurulur. Kimyəvi maddələr isə həzm prosesini pozur, bağırsaqlarda yığılıb qalaraq bir çox xəstəliklərə səbəb olur.
 
Bu səbəbdən təbii yolla qurudulan meyvələri yemək daha faydalıdır. Lakin meyvələri ev şəraitində qurudarkən saxlanılma qaydasına xüsusi diqqət yetirməli və qurudulan zaman qətiyyən çürük və əzik meyvələrdən istifadə edilməməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla