AZ

Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu hekayə kənd uşağının karyera yolundakı çətinlikləri, zəhməti, uğurları, dirənişi, mübarizəsindən bəhs edir. O, sosial şəbəkələrdə, mətbuatda ABŞ-nin Texas Universitetində “Fellowship” təqaüdünü qazanan ilk azərbaycanlı dənizçi kimi tanınıb. 2021-ci ildə bu universitetə qəbul olan 32 nəfərdən biri idi. O zaman doğulub, böyüdüyü kənd, rayon onunla fəxr edirdi. İki il gecə-gündüz çalışıb, böyük zəhmətlə əldə etdiyi nailiyyətini başa vurmadan, yarımçıq qoymaq məcburiyyətində qalıb. Amma bu, onun üçün son deyildi. Mübarizəyə sıfırdan başlayır və dənizçilik təhsilini İsveçdə tam təqaüdlə qəbul olduğu Dünya Dənizçilik Universitetində davam etdirir.

Publika.az xəbər verir ki, “Kaspi” qəzetinin “Örnək” rubrikasının müsahibi dənizçi Emin Sədirovdur.

Ailəsinin ilk dənizçisi

Biləsuvar rayon Xırmandalı kəndində sadə kəndli ailəsində böyüyüb. Atası bərbər, anası evdar qadın olub. Orta təhsilini Biləsuvarda kənd məktəbində alıb. 2009-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasında dəniz texnikası və texnologiyası ixtisasına qəbul olub. Daha sonra eyni adlı ixtisasda təhsilini magistratura pilləsində davam etdirib. Akademiyada assistent müəllim, baş laborant kimi işləyib. Deyir ki, ailə, qohum-əqrəba arasında ilk dənizçidir: “Ailəmdə dənizçilik təhsilini alan olmayıb. Əslində, mən də dənizçi olacağımı gözləmirdim. Hətta qəbul olduğumu bildikdə, oxumaq istəmirdim. Çünki bu sahənin dərinliyinə bələd deyildim. Təhsil müddətində ixtisasımı kəşf etməyə başladım və gördüm ki, çox maraqlıdır. Məsələn, peşəni icra edərkən dünyanın 175 ölkəsinə səyahət edə bilərsən. Çünki Azərbaycan Dövlət Dəniz Akademiyası beynəlxalq dənizçilik təşkilatına üzv olan ölkələrlə əməkdaşlıq edir və diplomu dünyanın 175 ölkəsində tanınır. Nəinki dənizçi olmaq, bu sahəni xaricdə də öyrənib, dənizçilər yetişdirmək qərarına gəldim”.

“Akademiyadan müəllimlik təklifi aldım”

Universitetdə təhsil ala-ala rektorun diqqətini cəlb edir və ona müəllimlik təklif olunur: “Qiymətləri yüksək, nizam-intizamlı tələbə idim. Yəqin ki, bu, rəhbərliyin diqqətini çəkmişdi. Universitetdə dəniz texnikası və texnologiyası üzrə vakansiya var idi. Amma bu iş təklifi mənim üçün gözlənilməz idi. Təklifi heç tərəddüd etmədən qəbul etdim. Həmin ildən həm akademiyada, həm Dənizçilik kollecində dərslərə cəlb olundum. İşçi heyəti də müəllimlik fəaliyyətimdə mənə dəstək oldu”.

Yüksək rəqabətli universitetə təqaüdlə qəbul

Emin ABŞ-də təhsil almaq üçün müəllimlik fəaliyyətini yarımçıq qoyur. Texas A&M Universitetində Okean mühəndisliyi üzrə PhD təhsili almaq üçün sözügedən ölkəyə yollanır: “Bu təqaüdü qazanmaq üçün iki il dayanmadan oxudum. Açığı, çox çətin idi. Məqsədim ABŞ təhsilini Azərbaycan Dövlət Dəniz Akademiyasında tətbiq etmək idi. Hədəfimə çatmaq üçün əvvəlcə IELTS sertifikatı aldım. Elə bilirdim ki, ən çətin mərhələ budur, getdikcə asanlaşacaq. Sən demə, imtahanlar hələ təzə başlayırmış. Qəbul dövrüm pandemiyaya təsadüf etdiyi üçün imtahanlarım onlayn idi. Ümumilikdə 42 fənn üzrə yazılı və şifahi imtahan verdim. Sonra mənə “Fellowship” təqaüdünü qazanmağımla bağlı elektron məktub gəldi. Əslində, bu universitet ABŞ-da ən xəsis universitet kimi tanınırdı. Onlardan təqaüd almaq çox çətindir. Hətta son üç imtahanı erməniəsilli professorlar götürdüyü üçün qəbulla bağlı ümidlərimi tam üzmüşdüm, çünki məni qəsdən kəsəcəklərini düşünürdüm. Qəribəsi odur ki, ən yüksək qiymətləri də elə erməni professorlar vermişdi”.

“NASA-ya üzv olduq”

Emin hətta bu təqaüdlə NASA-ya da üzv olub: “ABŞ-də universitetə başladığım dövrdə universitetə gələn NASA əməkdaşları bizi oraya üzv olmağa dəvət etdilər. Bizdə gəmiçilik deyəndə ancaq dənizdə üzən gəmilər başa düşülür. Amma ABŞ-də gəmiçiliyin iki istiqaməti var: kosmik gəmi və dənizləri fəth edən gəmi. Məni kosmik gəmiyə yönəltdilər”.

Emin hədəfinə çatmışdı. Həm “Fellowship” təqaüdünü qazanan ilk azərbaycanlı dənizçi idi, həm də NASA-ya üzv olub, kosmik gəmi sahəsində təcrübə keçəcəkdi. Lakin planında olmayan qərarı vermək məcburiyyətində qalır. İki il davam edəcək olan ABŞ macərası 40 günə bitir: “Təəssüflər olsun ki, səhhətimdə olan problemlərə görə, təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım. İki illik proses 40 gün ərzində bitdi. O vaxt yadımdadır, 12 minə yaxın tələbə bu təqaüd üçün müraciət etmişdi. Seçilən 32 nəfərdən biri idim. Belə bir məsəl var, sən saydığını say, gör fələk nə sayır”.

Seçilən
83
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1860
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
1662
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1523
Azərbaycanda bu məhsul bahalaşdı
1464
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
1271
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
1252
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1237
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
1160
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
1138
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1118
Yağıntılı hava şəraiti sabah da davam edəcək
1118
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1089
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
1080
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
1050
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
1028
Helikopter qəzası ilə bağlı yeni xəbər
990
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
921
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
908
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
907
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
885