AZ

Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər…- AÇIQLAMA


“Artıq qarşıda hökumət hesabatı yoxdur. Növbəti il üçün büdcənin müzakirəsinə yəqin ki, indiki Parlament zaman etibarilə çatdırmayacaq. Mən belə güman edirəm ki, növbəti büdcənin qəbuluna qədər yeni Parlament seçkiləri keçiriləcək. Onda da yəqin ki, millət vəkilləri uşaqpulu məsələsini gündəmə gətirməyə çalışacaq”.

News24.az bildirir ki, bu sözləri Referans.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı son günlərdə gündəmə gələn uşaqpulu məsələsinə münasibətdə bildirib.

Deputat bildirib ki, uşaqpulunu başqa bir formada ifadə edib, ehtiyacı olan ailələrin övladlarının 18 yaşınadək maddi təminatını yaxşılaşdırmaqçün əslində indi qüvvədə olan ünvanlı sosial yardım platforması kimi vermək mümkündür: “Biz bu məsələni dəfələrlə Milli Məclisin iclaslarında qaldırmışıq. Demişik ki, qaydalarda müəyyən dəyişiklik etməklə kifayət qədər bunu ünvanlı sosial yardım kimi transfer eləmək olar. Elə ailələr var ki, onların uşaqpuluna ehtiyacı yoxdur. Ana- ata işləyir. Ailəni dolandırmaqçün yüksək əməkhaqqı alırlar. Evə 3-4 min manat pul gəlirsə, o ailədəki uşağa maddi yardım göstərilməsinə nə ehtiyac var? O ailələr ki, həqiqətən maddi ehtiyacları var, ailənin gəliri uşaqları böyütməyə imkan vermir, bu cür ailələrin uşaqlarına mütləq kömək etmək lazımdır. Mənə elə gəlir ki, ən ədalətli, optimal yanaşma budur”.

Deputat hesab ki, bir insanın 1 aylıq istehlak səbəti nə qədərdirsə, o məbləğdə də uşaqpulu vermək olar”.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsində yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Qanun 2024-cü il yanvarın 1-dən qüvvədədir.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10050
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7967
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
2324
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1616
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1539
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1516
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1496
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
987
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
695
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
583
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
487
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
323
Arda dubl etdi - VİDEO
291
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
282
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
236
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
235