AZ

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Mənə verilən məlumata görə, beynəlxalq yolun keçdiyi ərazilər (Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu nəzərdə tutulur – red.) müqavilələrə (Ermənistanla Azərbaycan arasında – red.) daxil deyil.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani aprelin 19-da jurnalistlərlə söhbətində Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan arasında bu gün əldə edilən razılaşma haqda qeyd edib.

“Ermənistan hakimiyyəti İrana məlumat verib ki, Azərbaycanla Almatı Bəyannaməsi əsasında, yəni beynəlxalq səviyyədə tanınmış sərhədlər əsasında razılaşmalar əldə edilir”, – o bildirib.

Qeyd edək ki, “beynəlxalq yolun keçdiyi ərazilər” Azərbaycan torpağına düşürsə, bunun müqaviləyə daxil edilib-edilməməsi İranı “narahat” etməlidir. Çünki məhz Sübhani az öncə bildirmişdi ki, yolların açılması ölkələrin ərazi bütövlüyü çərçivəsində olmalıdır. İran hansı əxlaqla Azərbaycanın öz ərazisinə – Naxçıvana istədiyi dəhlizə “Ermənistanın suverenliyinin qorunması prinsipindən” yanaşır, ancaq Ermənistanın başqa ölkəyə – Gürcüstana gedən yolunun Azərbaycan ərazisindən keçməsini və buna görə suverenliyimizin pozulmasını “alqışlayır”, hətta özünə qətiyyən aid olmayan bu məsələni təskinlik kimi qəbul edir?

Azərbaycan öz haqqı olanı alır və alacaq. Əgər beynəlxalq yol məsələsində hər hansı güzəşt nəzərdə tutulursa, demək, rəsmi Bakı da eyni məntiqlə güzəşt tələb edir – məsələn, Zəngəzur üçün…

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17289
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12449
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9939
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4091
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3677
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3165
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2982
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2569
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2197
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1546
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1091
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
871
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777