AZ

Bu yollarda təmir işləri aparılır – DİQQƏTLİ OLUN

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlər icra olunur.   Manset.az  AAYDA-ya istinadən xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Bu çərçivədə öncədən də məlumat verildiyi kimi bu gün səhər saatlarından etibarən Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işlərinə başlanılıb. Təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılır. Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.  Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənarlaşdırılması işləri icra olunur. Bu səbəbdən sözügedən hissədə hərəkət qismən məhdudlaşdırılıb. Sürücülərdən bu gün ərzində qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.   Sabahdan etibarən isə yola yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Buna görə də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkətin tam məhdudlaşdırılması nəzərdə tutulur. Sürücülər alternativ olaraq Sumqayıt yolundan birbaşa Bakı Dairəvi avtomobil yoluna daxil olub hərəkətlərinə davam edə bilərlər.  Asfaltlanma işləri bitəndən sonra yola üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunacaq. Təmir işlərinin 21 aprel saat 22:00-dək yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9921
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7942
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1819
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1592
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1518
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1504
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1472
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
951
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
676
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
554
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
318
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
232
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
224