AZ

Fuad Hüseynəliyev: “Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”

“Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku TV”nin “Aktual” verilişində deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində artıq heç bir işi qalmayıb:

“Burada rusiyalı əsgərlərin qalmasının heç bir mənası, məramı da yoxdur. Onlar bir müddət əvvəl minatəmizləmə işlərinə kömək etməyə başlamışdılar, lakin hesab edirəm ki, məhz bunun üçün də fərqli üsullar mövcuddur.

Belə ki, onlar Fövqəladə Hallar Nazirliyinin xətti ilə minatəmizləmə sahəsində öz köməkliklərini göstərə bilərlər. Bunun üçün onları ölkədə saxlamağa ehtiyac yoxdur”.

“Məlumdur ki, sülhməramlılar 2020-2021-ci ildə minatəmizləmə işlərinə qoşulmuş, daha sonra təmizlədikləri ərazilər barədə hesabat da vermişdilər. Sülhməramlılarda mina xəritələrinin daha düzgün versiyalarının olması ehtimalına qarşı onların bu sahəyə cəlb edilməsi bizim üçün də xeyirli ola bilər.

Ancaq onları mülki missiya kimi cəlb etməklə əməkdaşlıq mümkündür. Rusiya sülhməramlılarının Azərbaycanda qalması həm bizim, həm də Rusiya üçün də faydalı deyil, əksinə, əlavə xərcdir, yükdür.

Bu xərci Rusiya qarşılayır və bilirik ki, başqa ölkənin ərazisində xidmət etməyin maliyyə cəhətdən qarşılığı da tam başqadır”, - Agentlik rəhbəri qeyd edib.

F.Hüseynəliyev bildirib ki, bundan başqa, 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən keçən altı ay ərzində burada qalmaq və Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin də hüquqları təmin olunub:

“Yəqin ki, Rusiya sülhməramlıları da burada işlərinin qalmadığını başa düşərək vəziyyəti rəsmi Moskvaya məruzə ediblər. Bundan sonra da ölkə rəhbərlikləri səviyyəsində missiyanın sonlandırılması qərara alınıb”.

Agentlik direktoru vurğulayıb ki, sülhməramlıların 2020-ci ildə Qarabağ və digər ətraf rayonlarda yerləşdirilməsi erməni silahlı qüvvələrinin sözügedən ərazilərdən çıxarılmasına paralel aparılmalı idi:

“Hansı ki, bunu təmin etmədikləri üçün Azərbaycan Ordusu məsələni kökündən həll etdi. Eyni zamanda iki icma arasında ilkin mərhələdə dialoqun qurulmasına kömək etməli idilər. Faktiki olaraq, artıq bu dialoq da qurulub. Bu baxımdan Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9915
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7942
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1798
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1580
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1518
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1500
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1467
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
950
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
670
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
550
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
318
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
228
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
223