AZ

Yenə "Neftçi"… Çox suallara aydınlıq gətirəcək, nəfəslər kəsiləcək!

Premyer Liqanın 31-ci turunda nəfəslər kəsiləcək.

Mövsüm sona yaxınlaşdığından hər bir oyunun yekun hesabı səbrsizliklə gözlənilir.

Turun mərkəzi qarşılaşması aprelin 20-də baş tutacaq ki, “Zirə” öz meydanında avrokuboklara vəsiqə və gümüş medal yolundakı əsas rəqibi “Neftçi”ni qəbul edəcək.

“Neftçi” martın 3-dən bu yana...

Son həftələrdə hər iki komandanın formada olması qarşılaşmaya marağı artırır. “Ağ-qaralar” Premyer Liqada keçirdiyi son 5 oyunda uduzmayıb. 3 matçda qalib gəlib, 2 görüşdə heç-heçə edib. Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv çempionatda sonuncu məğlubiyyətini ayyarım əvvəl, martın 3-də “Qarabağ”dan alıb. Bu zaman kəsiyində “Qarabağ”a daha bir yenilgi qeydə alınıb. Lakin bu, Premyer Liqada yox, ölkə kubokunda baş verib.

...”Zirə” 4 oyundur uduzmur

Mövsümün gedişində uzun müddət qələbə qazana bilməyən zirəlilər isə qış fasiləsindən sonra sürət yığıb. “Qartallar” da sonuncu yenilgisini “Qarabağ”dan alıb. Martın 10-da çempiona uduzan qəsəbə təmsilçisi o vaxtdan bu yana yüksək dəstədə meydana çıxdığı 4 qarşılaşmanın 3-nü qalibiyyətlə başa vurub, 1-də bərabərə qalıb. Üstəlik, ölkə kubokunun yarımfinalında “Qəbələ”ni üstələyib. Hər iki komandanın uğurlu qrafik cızdığını deyə bilərik.

“Ağ-qaralar”ın üstünlüyü

“Zirə”ylə “Neftçi” arasında cari mövsümdə qeydə alınan statistik göstəricilər ikincilərin xeyrinə işləyir.

Çempionatın ilk 3 dövrəsində üz-üzə gələn kollektivlərin duelindən “ağ-qaralar” üzüağ çıxmağı bacarıb. Payızda Zirədə keçirilən oyun 1:1 hesabı ilə sonuclanıbsa, “Neftçi Arena”da baş tutan digər 2 görüşdə meydan sahibləri qəsəbə təmsilçisini üstələyib. Hər iki halda 1:0 hesabı qeydə alınıb.

“Neftçi” bu oyunu udsa...

Komandalar turnir cədvəlində qonşudurlar. “Neftçi” 46 xalla 2-ci pillədə yer alıb. “Zirə” 44 xalla 3-cü yerdədir.

Bakılıların meydanı qalib kimi tərk etməsi avrokuboklara vəsiqəni təmin etmək yolunda irəliyə doğru böyük addım sayılacaq. Sözsüz, gümüş medalları son turu gözləmədən vaxtından əvvəl bayram etmək üçün də əla imkan yaxalayacaqlar.

Meydan sahibləri qalib gələcəyi halda, tunir cədvəlində əməlli-başlı sıxlıq yaranacaq. “Turan Tovuz” – “Sumqayıt” oyununu də nəzərə alsaq, zirəlilərin qalibiyyəti komandalar arasındakı xal fərqini dəhşətli dərəcədə sıxlaşdıracaq.

Aprelin 20-də Zirə İdman Kompleksində keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14373
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11327
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9220
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3077
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2624
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2342
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2334
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2171
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1842
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1650
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
773
Azərbaycan nefti ucuzlaşdı
767
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
696
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
693
Arda Gülər dayanmır, yenə fərqləndi -
611