AZ

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Qazaxıstanda

Bakı, 19 aprel, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Qazaxıstana səfər çərçivəsində Almatının İliyskiy qəsəbəsinin Kokkaynar kəndində Qərbi azərbaycanlılarla görüşüblər.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı kənd sakinləri 1936-1937-ci illərdə Amasya rayonundan Qazaxıstana sürgün edilən nəsillərin davamçıları olduqlarını qeyd ediblər.

Uzun illərdir Qazaxıstanda məskunlaşan həmvətənlərimiz qazax xalqı ilə dost, səmimi qardaşlıq münasibətində yaşadıqlarını, iki ölkə arasında münasibətlərin inkişafına töhfə verməyə daim hazır olduqlarını deyiblər. Yerli cəmiyyətə yaxşı inteqrasiya olunduqlarını vurğulayan soydaşlarımız hazırda övladlarının Qazaxıstanın ali məktəblərində təhsil aldığını, dövlət müəssisələrində çalışdıqlarını diqqətə çatdırıblar.

Qərbi Azərbaycandan olan soydaşlarımız bir gün tarixi vətənlərini görmək arzusunu dilə gətirib, yaşadıqları bölgədə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə daim sadiq qaldıqlarını, tarixi günlərimizi, bayramlarımızı qeyd etdiklərini, bu dəyərləri gələcək nəsillərə ötürmək üçün maarifləndirici tədbirlər həyata keçirdiklərini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14389
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11339
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9234
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3081
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2624
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2366
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2361
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2171
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1850
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1654
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1208
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
834
Azərbaycan nefti ucuzlaşdı
775
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
773
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
696
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
695
Arda Gülər dayanmır, yenə fərqləndi -
611