AZ

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya prosesi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq.

“İstəyirik ki, “Nə yaxşı ki, Azərbaycan 50 metr aralıdadır” deyəsiniz”

FED.az xəbər verir ki, bu barədə Azərbaycan və Ermənistan  arasında sərhəddə Azərbaycan  Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan  Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan  arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan  ilə Azərbaycan ı arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılığa gəlinib.

    Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər.

    “Əgər gələcəkdə Azərbaycan ilə Ermənistan ı arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq”, - açıqlamada deyilir.

    Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    123
    30
    Mənbələr
    Şərh ()
    Bağla