AZ

Qırğızıstan lideri Aktotı Raimkulovanı təltif edib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğızıstanın “Dank” ordeni ilə təltif edilib.

Fonddan “İki sahil”ə verilən məlumata görə, Qırğızıstan Prezidenti Sadır Japarov fərman imzalayıb.

Məlumata görə, A.Raimkulova türk xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində mühüm töhfələrinə görə mükafatlandırılıb.

Qeyd edək ki, mükafatlandırma mərasimi Qırğızstan Prezidentinin aprelin 18-19-da Qazaxıstana səfəri çərçivəsində Astanada baş tutub. Tədbirdə Qırğızıstanın dövlət katibi Suyunbek Kasmambetov “Dank” ordenini Aktotı Raimkulovaya təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
Mənbələr
Şərh ()
Bağla