AZ

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər hansı əməllərlə ifadə olunur?

Bakı. Trend:

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərdedikdə, bir yerdə yaşadığı ailə üzvü, yaxın qohumu, qanuni nikahdaolmadığı və ya əvvəllər birgə yaşadığı şəxs tərəfindən digərinionun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan,gəlirlərdən məhrum etməsi, iqtisadi asılılıq yaratması, beləasılılığı saxlaması və ya ondan sui-istifadə etməsinə yönəlmişhərəkətlər başa düşülür.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığımaarifləndirici məlumatda qeyd olunub.

Məişət zəminində fiziki və psixi zorakılıq kimi bu kateqoriyadanolan zorakılıq aktları da qəsdən törədilir və bu hərəkətlərə yolverən şəxslərin məqsədi öz qurbanlarına qarşı iqtisadi xarakterliqanunsuz məhdudiyyətlər tətbiq etməklə onların maliyyə resurslarınaçıxışını, bundan istifadəni yaxud ev, ailə təsərrüfatında maliyyəməsələlərinə, habelə birgə əmlaka nəzarətini məhdudlaşdırmaqdanibarət olur.

Məişət zorakılığında qeyri-qanuni iqtisadi məhdudiyyətlərəaşağıdakıları aid etmək olar:

1. Şəxsin maliyyə resurslarına, o cümlədən gəlirlərinə, bankhesablarına və aktivlərinə nəzarətin həyata keçirilməsi. Bu,qurbanın razılığı olmadan pulun tutulması, vəsaitə çıxışınməhdudlaşdırılması və ya maliyyə qərarlarına nəzarəti əhatə edəbilər. Bundan başqa, şəxsin dövlət tərəfindən verilən müavinətlər,müxtəlif növ yardımlar yaxud digər sosial dəstək xidmətlərdənistifadə, onları əldə etmə və ya yararlanmasına mane olmağı da qeydolunanlara misal göstərmək olar.

2. Şəxsin qida, yaşayış yeri və tibbi yardım kimi əsasehtiyaclarla bağlı maddi asılı olduğu vəziyyət və şərait yaratmaq.Bu, qurbanın təhqiramiz münasibətdən çıxmasını və ya köməkistəməsini çətinləşdirə bilər.

3. Şəxsin əmək fəaliyyəti, iş və karyera imkanlarına müdaxiləetməklə maddi cəhətdən asılı vəziyyətə salmaq və ya bu vəziyyətdəsaxlamaq. Bu əsasən, qurbanın işləməsinə və ya karyera qurmasınamane olmaq, müxtəlif üsullarla iş yerini tərk etməyə məcbur etməkvə digər əməllərdə ifadə olunur. Həmçinin, şəxsdə yetərsizlik,çarəsizlik və s. bənzər hisslər yaratmaqla onların maddi gəlir əldəetməsinə manə olmağı da qeyd olunanlara misal göstərmək olar.

4. Şəxsin maddi cəhətdən müstəqil olmasına mane olmaq və yaqarşısını almaq. Bu əsasən, ailə və təsərrüfat xərclərini şəxsingəlirləri hesabına qarşılamaq, onun adına kreditlər götürmək,müxtəlif yollarla qənaət etməklə və digər üsullarla maddivəziyyətinin sabitliyinin qarşısını almaqda ifadə olunur.

5. Şəxsin məlumatı və razılığı olmadan onun adına borc götürmək,qurbanı sui-istifadə edənin xeyrinə borc götürməyə məcbur etmək,onun maliyyə məlumatlarından qanunsuz məqsədlərlə istifadə etmək,məqsədli olaraq maddi zərərə səbəb olacaq fəaliyyətlə məşğul olmaq,bu cür fəaliyyətə cəlb etmək və s.

6. Şəxsin daşınmaz əmlak, nəqliyyat vasitələri, qiymətli əşyalarvə ya miras daxil olmaqla, birgə əmlakdan istifadəsinin qarşısınıalmaq və ya qadağan etmək.

7. Şəxsin maddi vəziyyətini nəzarətdə saxlamaq, bu barədəmütəmadi məlumat əldə etmək üçün uşaqlardan istifadə etmək. Buəsasən, uşaqla bağlı xərclərdən və ehtiyaclardan təsir vasitəsikimi istifadə etmək və digər formada özünü göstərir.

8. Şəxsin hərəkətlərinə nəzarəti həyata keçirmək yaxudgücləndirmək məqsədilə maddi ziyan vurmaq, əmlakı girov qoymaq,satmaq və s. hüquqi nəticələrlə hədələmək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22867
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13140
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8698
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6910
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6645
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5126
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4497
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4060
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3366
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332