AZ

Rauf Əliyev üçün yeni başlanğıc - fərqli və yeniliklərlə dolu

“Komanda ilə birlikdə hazırlıqlarımız davam edir”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.

“Qarabağ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə məşqçisi Rauf Əliyev ilk dəfə minifutbol üzrə Azərbaycan millisinə çağırılmasını dəyərləndirib. Bu növ üzrə “İnter”də çıxış edən Əliyevin sözlərinə görə, təklif onu bir qədər düşündürsə də, müsbət cavab verib: “Bu mənim üçün maraqlı bir başlanğıc olacaq. Çünki böyük futbolla indiki minifutbol arasında müəyyən fərqlər var. Məşqlərə başlamışıq. Yığmaya ilə birlikdə Monteneqroda hazırlıqlarımız davam edir”.

O bildirib ki, minifutbol yığmasında daha sürətli və hərəkətli olmalıdır: “Veteran futbolçularla birgə çempionatda “İnter”də çıxış edirik. Bu baxımdan futboldan uzaq qalmamışam. Buna görə də müəyyən boşluqları məşqlərlə aradan qaldırmaq olar. Təbii ki, çətinliklər olacaq. Amma bunun öhtəsindən gəlməliyəm. Fərqli və yeniliklərlə dolu bir dönəm olacağını düşünürəm”.

Qeyd edək ki, yığma aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22860
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14401
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13128
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8692
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6910
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6644
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5126
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4496
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4059
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3761
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3334
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1602
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1586
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1342
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332