AZ

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council International, ACI Europe) sıralarına qoşulub. SİA bu barədə aeroporta istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı Gəncə Beynəlxalq hava limanı da şuraya üzv seçilib.

Azərbaycan Mülki Aviasiyası üçün əlamətdar hadisə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və ACI World təşkilatının baş icraçı direktoru Luis Felipe de Oliveyranın iştirakı ilə dünya səviyyəli hava limanı konfransı və sərgisi olan "Passenger Terminal Expo 2024" çərçivəsində keçirilib. Görüşdə rəsmi olaraq ACI Europe-a üzvlük sertifikatı təqdim olunub. Aeroport xidmətlərinin keyfiyyətinin və sərnişin təcrübəsinin yüksəldilməsi üçün əməkdaşlığın vacibliyi vurğulanıb.

“Avropa Beynəlxalq Hava Limanları Şurasına qoşulmaq bizim üçün yeni üfüqlər açan əlamətdar hadisə olmaqla yanaşı, inkişaf və təkmilləşmə istiqamətində mühüm addımdır. Bu, bizə xidmət keyfiyyətini daha da yaxşılaşdırmaq, qabaqcıl təcrübələri tətbiq etmək və qlobal aviasiya arenasında mövqeyimizi gücləndirmək imkanı verəcək”, - deyə S.Rzayev bildirib.

“ACI Avropa Şurası tərəfindən təmsil olunan ümumavropa hava limanı ictimaiyyəti adından Azərbaycanın paytaxtı Bakıya xidmət göstərən əsas qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportuna səmimi salamlarımı çatdırmaq istərdim. Dayanıqlılıq və karbonsizləşdirmə, maliyyə və əməliyyat dayanıqlığı və xidmət göstərdiyimiz icmalar üçün rəqabətədavamlı əlaqələrin inkişaf etdirilməsi də daxil olmaqla, sənaye üçün vacib məsələlər üzrə hava limanı ilə yaxından işləməyi səbirsizliklə gözləyirəm”, - Beynəlxalq Hava Limanları Şurasının (ACI Avropa) baş direktoru Olivye Yankovets bildirib.

Qeyd edək ki, ACI Europe qabaqcıl təcrübələrin bölüşdürülməsində, konfransların və sərgilərin təşkilində, hava limanlarında innovasiyaların və texnoloji yeniliklərin təşviqində mühüm rol oynayır. Azərbaycanın aeroportlarının Hava Limanları Şurasına qoşulması dünya hava limanları ilə fəal əməkdaşlıq üçün unikal imkanlar açır, o cümlədən qlobal aviasiya siyasətinin və qanunvericiliyin inkişafına töhfə verir. Həmçinin, Bakı və Gəncə aeroportları hava limanlarının təkmilləşdirilməsi, ötürmə qabiliyyətinin artırılması, menecerlərin peşəkar akkreditasiyası və müştərilərə xidmət üzrə akkreditasiya proqramlarında iştirak hüququ əldə edəcəklər.

Dünyanın 1925 aeroportunun kollektiv mövqeyini təmsil edən ACI Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Mülki Hava Naviqasiya Xidmətləri Təşkilatı (CANSO), Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) və aviasiya sənayesinin digər əsas oyunçuları ilə də əməkdaşlıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17878
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14681
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9658
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8253
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7318
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7102
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7078
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7023
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6920
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6657
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5636
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5383
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5184
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5011
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4801
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4538
Sabah 20 dərəcə isti olacaq
4204
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3975
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3340
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3259