AZ

Naftalanda ağacəkmə aksiyası keçirilib - FOTO

AQUPDK yanında Uşaq Səfirlər Məclisinin Naftalan şəhəri üzrə nümayəndələrinin təşəbbüsü, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbinin ərazisində ağacəkmə aksiyası keçirilib.

 

“Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş "Yalnız bir DÜNYA” layihəsi çərçivəsində keçirilən ağacəkmə aksiyasında İcra Hakimiyyətinin məsul əməkdaşları, Uşaq Səfirlər Məclisinin Naftalan şəhəri üzrə nümayəndələri və məktəblilər iştirak edib.

 

Uşaq Səfirlər Məclisinin region nümayəndələrinin və fəal şagirdlərin iştirakı ilə "Yalnız bir DÜNYA” layihəsi çərçivəsində keçirilən ağacəkmə aksiyaları cari il ərzində davam etdiriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
Mənbələr
Şərh ()
Bağla