AZ

Tovuz sakini qadının üstünə benzin tökərək yandırıb

Tovuzun Aşağı Quşçu kəndində dəhşətli cinayyət hadisəsi baş verib. 

Rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyevin kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, hadisə nəticəsində T. Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Seçilən
100
4
Mənbələr
Şərh ()
Bağla