AZ

Kəlbəcərdə aşan yük maşınının sürücüsünün meyiti aşkarlandı - FOTO - YENİLƏNİB

Kəlbəcərdə
Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb. 1news.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. *** 12:12 Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb. 1news.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur. Hazırda axtarış işləri davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
20
1news.az

10Mənbələr