AZ

"Ötən ildə maliyyə pozuntularının məbləği 459,3 mln. manata bərabər olub" - Palata sədri

"2023-cü ildə Hesablama Palatasının Kollegiyası tərəfindən 41 audit və 4 analitik fəaliyyətin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Nəticələrinin rəsmiləşdirilməsi 2024-cü ilə keçirilmiş 1 analitik fəaliyyət istisna olmaqla, bütün tədbirlər başa çatdırılmış və Milli Məclisə məlumat verilmişdir". SİA xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.O qeyd edib ki, audit və analitik fəaliyyəti əhatə edən 45 KDMN tədbirindən 42,2%-i ilk dəfə keçirilib: "Son 2 ilin göstəricisinin əvvəlki illərlə müqayisəsinə baxsaq, bunun əvvəlki illərdən bir qədər çox olduğunu deyə bilərik. Büdcə xərcləri artır, büdcə sifarişçiləri genişlənir, bunun nəticəsində yeni audit obyektləri yaranır.2023-cü ildə Hesablama Palatasının əsas nəzarət sahələri - əhaliyə ödənilən sosial müavinət və təqaüdlər, tibbi sığorta xərcləri, fermerlərə göstərilən dövlət dəstəyi, sosial obyektlərin tikintisi və təmiri, hüquq mühafizə sahəsinin ayrı-ayrı istiqamətləri, dövlət satınalmaları, dövlət rüsumlarının və vergilərin formalaşması vəziyyəti –olmuşdur.Audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1971,9 mln. manat müəyyən edilmişdir. Ümumi nöqsan məbləğini bir neçə qrupda təsnifləşdirmək olar"."İlk qrup büdcə zərərdir. Hesablama Palatasının Kollegiyası tərəfindən büdcəyə zərərin 103,2 mln. manat olduğu hesablanmışdır. Bu məbləğ - artıq və əsassız xərclər, görülməmiş iş və xidmətlər, alınmamış mallar, hesablanmamış və ödənilməmiş vergilər, ilkin təsdiqedici xərc sənədlərinin saxtalaşdırılması, dövlət satınalmalarındakı müxtəlif xarakterli qanunsuzluqlar və büdcə vəsaitlərinin düzgün idarəedilməməsidən ibarətdir.Nəzarət tədbirləri ilə büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınmışdır ki, bu pozuntuların məbləği 459,3 mln. manata bərabər olmuşdur. Bu məbləğə VBT-yə əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi və s. pozuntular aid edilmişdir.Növbəti (3-cü) qrup maliyyə hesabatlarındakı təhriflərlə bağlıdır ki, bu da 1252,5 mln. manat həcmindədir.Sonuncu qrupa səmərəsiz xərcləri aid etmişik. Hazırda ölkə qanunvericiliyində bu anlayışa rast gəlinmir. Biz beynəlxalq təcrübəyə istinad etməklə səmərəsiz xərcləri hesablamağa çalışmışıq. Başa çatdırılmış auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 mln. manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilmişdir. Bu, qurumun fəaliyyətinin nəticəsi, iqtisadi qənaətliliyi və vəsaitlərin effektiv idarəedilməsi ilə bağlıdır",- deyə sədr əlavə edib.

Seçilən
134
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1507
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1083
Bu yol qovşağında təmir işləri aparılacaq
710
Sabah 5 kəndin qazı kəsiləcək
525
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
411
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
379
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
350
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
338
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
322
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
301
Çingiz Mustafayevin toyudur - FOTOLAR
274
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
245
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
202
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
159
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
115
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
111