AZ

Hesablama Palatası ötən il audit nəticəsində aşkarlanmış nöqsanların həcmini açıqlayıb

Hesablama Palatasının audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1 milyard 971,9 milyon manat müəyyən edilib.

“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

O, ümumi nöqsan məbləğini bir neçə qrupda təsnifləşdirib:

“İlk qrup büdcə zərəridir. Hesablama Palatasının Kollegiyası tərəfindən büdcəyə zərərin 103,2 milyon manat olduğu hesablanıb. Bu məbləğ - artıq və əsassız xərclər, görülməmiş iş və xidmətlər, alınmamış mallar, hesablanmamış və ödənilməmiş vergilər, ilkin təsdiqedici xərc sənədlərinin saxtalaşdırılması, dövlət satınalmalarındakı müxtəlif xarakterli qanunsuzluqlar və büdcə vəsaitlərinin düzgün idarə edilməməsidən ibarətdir”.

“Nəzarət tədbirləri ilə büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb ki, bu pozuntuların məbləği 459,3 milyon manata bərabər olub. Bu məbləğə vahid büdcə təsnifatına (VBT) əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi və s. pozuntular aid edilib”, - V. Gülməmmədov vurğulayıb.

“Növbəti qrup maliyyə hesabatlarındakı təhriflərlə bağlıdır ki, bu da 1 milyard 252,5 milyon manat həcmindədir.

Sonuncu qrupa səmərəsiz xərcləri aid edilib. Hazırda ölkə qanunvericiliyində bu anlayışa rast gəlinmir. Biz beynəlxalq təcrübəyə istinad etməklə səmərəsiz xərcləri hesablamağa çalışmışıq. Başa çatdırılmış auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 milyon manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib. Bu, qurumun fəaliyyətinin nəticəsi, iqtisadi qənaətliliyi və vəsaitlərin effektiv idarəedilməsi ilə bağlıdır”, - Palatanın rəhbəri qeyd edib.

Seçilən
132
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22190
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19554
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18410
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17871
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17565
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17406
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16320
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15753
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12229
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11343
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10137
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8931
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8124
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7736
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7402
Minimum əmək haqqı nə qədər arta bilər?
7165
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6561
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5881