AZ

İranlı general: İsfahanda heç bir dağıntı yoxdur

İsfahanda heç bir ziyan və dağıntı yoxdur.
APA xəbər verir ki, bu barədə ordunun İsfahan vilayətindəki hərbi rəisi, briqada generalı Siyavuş Mihandust deyib.
General bildirib ki, partlayış səsi hava hücumundan müdafiə sisteminin şübhəli obyekti hədəf alması nəticəsində baş verib.
“Heç bir dağıntı və ya qəza baş verməyib. Hadisə heç bir ziyan vurmayıb”, – rəsmi deyib.
İranın dövlət televiziyası bir neçə kiçik pilotsuz təyyarənin vurulduğunu bildirib.
Xatırladaq ki, İsrail ötən gecə İranın mərkəzinə dron hücumu edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq