AZ

Sahibkarın əmlakını zədələyən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə özbaşınalıqda və əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Süleyman Ağayarovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protest və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Süleyman Ağayarov və tanışı “Nüsrət” adlı şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, dəniz kənarı ərazidə yerləşən “Delmar” hotelin yaxınlığındakı ərazidə zərərçəkmiş Gündüz İsmayılovun Buzovna bələdiyyəsi tərəfindən icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsində mövsümi kafe kimi fəaliyyət göstərən istirahət obyektinə gəliblər. Onlar orada kran avtomobilinin sürücüsünə qeyd olunan obyektdə taxta-şalban materiallarından hazırlanaraq quraşdırılmış istirahət otaqlarının sökülməsi barədə göstəriş veriblər. Sonra kranın sürücüsü qaldırıcı kranla istirahət zonasında quraşdırılmış 6 ədəd istirahət otaqlarını yerindən çıxartmaqla zədələyib. Həmin şəxslər bu hərəkətləri ilə zərərçəkmiş şəxsin 5574 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla özbaşınalıq edib özgənin əmlakını qəsdən zədələyib.

 

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Süleyman Ağayarova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib, şikayəti isə qismən təmin edib. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın maddi ziyanın tutulması hissəsində tam, mənəvi ziyanın tutulması hissəsində isə qismən təmin edilib. Belə ki, məhkumdan maddi ziyana görə 5574 manat, mənəvi ziyana görə 200 manat pulun tutularaq zərərçəkmiş şəxsə ödənilməsi qərara alınıb.

 

Kamal Məmmədov

Tarix: 19 Aprel 2024, 09:41   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9821
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7927
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1575
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1482
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1470
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1457
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
1395
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
929
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
660
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
541
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
533
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
483
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
373
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
352
Arda Gülər dayanmır, yenə fərqləndi -
310
Arda dubl etdi - VİDEO
290
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
224
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
220