AZ

Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək. SİA-nın məlumatına görə, günün yeganə matçı Tovuzda keçiriləcək.

"Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Meydan sahibləri 42 xalla altıncı, "gənclik şəhəri" təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
7
Mənbələr
Şərh ()
Bağla