AZ

İran səmasında İsaril PUA-ları VURULDU

İranın hava hücumundan müdafiə qüvvələri ölkənin mərkəzi hissəsində yerləşən İsfahan əyaləti üzərində səmada bir neçə PUA vurub.

Publika.az xəbər verir ki, bu barədə IRIB agentliyi məlumat yayıb.

"İsfahan əyalətinin hava məkanında bir neçə kiçik naməlum pilotsuz təyyarəyə hücum edilib", - məlumatda deyilir.

"Fars" agentliyinin məlumatına görə, İsfahanda üç partlayış səsi eşidilib. Ehtimallara görə, hava hücumundan müdafiə qüvvələri kiçik PUA-ların görünməsi səbəbindən aktivləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
6
Mənbələr
Şərh ()
Bağla