AZ

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.



Komanda.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.



Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbaxça” ilk oyunda uduzduğu “Olimpiakos”a doğma meydanda qalib gəlsə də, penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.



Digər oyunlarda “Fiorentina”, “Aston Villa” və “Brügge” də rəqiblərindən güclü olublar.



Beləliklə, yarımfinalda “Aston Villa” “Olimpiakos”la, “Fiorentina” isə “Brügge” ilə qarşılaşacaq. Bu mərhələnin matçları mayın 2-də və 9-da keçiriləcək.



Avropa Konfrans Liqası1/4 finalın cavab oyunları18 aprel



“Fiorentina” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) 2:0 (ilk oyun 0:0)Qollar: N.Qonsales, 92. Biraqi, 108.



“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə) 2:1, penaltilər 3:4 (1:2)Qollar: Y.Yazıcı, 15. B.Andre, 67 – Kaş, 87.



“Fənərbaxça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) 1:0, penaltilər 2:3 (2:3)Qol: İ.C.Kahveci, 11.



PAOK (Yunanıstan) – “Brügge” (Belçika) 0:2 (0:1)Qollar: Yutqla, 33; 45.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAvropa Konfrans Liqası

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
48
Mənbələr
Şərh ()
Bağla