AZ

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri AÇIQLANIB

“Bu günədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib”.BAKU.NEWS “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.Onun sözlərinə görə, beynəlxalq təşkilatların heç birində palma yağının özünəməxsus hər hansı təhlükəsi ilə bağlı məlumat dərc edilməyib.Q.Təhməzli xatırladıb ki, palma yağı həm qida, həm də qeyri-qida sənayesində geniş istifadə olunan xammaldır: “Digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən qida sənayesində geniş istifadə olunur. Palma yağını digər bitki yağlarından fərqləndirən başlıca səbəb bir bitkidən iki fərqli yağın əldə edilməsidir. Bunlardan biri palma meyvəsinin lətli hissəsindən əldə edilən, digəri isə palma meyvəsinin çəyirdəyindən əldə edilən yağdır. Hər iki yağ qida sənayesində istifadə olunur, lakin palma meyvəsindən əldə olunan yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malikdir, buna görə qızardılma/bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur”.Onun sözlərinə görə, dünyada istehsal olunan palma yağının təxminən 72 faizi qida sənayesində istifadə olunur:“Statistikaya əsasən, dünyanın ümumi bitki yağı ehtiyacının 33 faizi palma yağı hesabına təmin edilir. İlk dəfə palma yağı ətrafında müzakirələr 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) tərəfindən bütün bitki yağlarının, o cümlədən palma yağının emalı zamanı yaranan müəyyən kimyəvi maddələrlə bağlı məqalə dərc olunduqdan sonra aktuallaşıb. Qida təhlükəsizliyi qanunvericiliyində ən aktual məsələlərin nəzərə alınması və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə eyni tənzimləmə 2020-ci ildən etibarən ölkəmizdə də tətbiq edilməyə başlanıb”.

Seçilən
55
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20605
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19235
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18188
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17603
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16527
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16344
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15373
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11870
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11243
"Zaur, yenə çaşdın..." - VİDEO
8825
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8515
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7965
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7964
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7078
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6226
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731