AZ

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb - YENİLƏNİB

Bugünədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib.Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.Onun sözlərinə görə, beynəlxalq təşkilatların heç birində palma yağının özünəməxsus hər hansı təhlükəsi ilə bağlı məlumat dərc edilməyib.Q.Təhməzli xatırladıb ki, palma yağı həm qida, həm də qeyri-qida sənayesində geniş istifadə olunan xammaldır: "Digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən qida sənayesində geniş istifadə olunur. Palma yağını digər bitki yağlarından fərqləndirən başlıca səbəb bir bitkidən iki fərqli yağın əldə edilməsidir. Bunlardan biri palma meyvəsinin lətli hissəsindən əldə edilən, digəri isə palma meyvəsinin çəyirdəyindən əldə edilən yağdır. Hər iki yağ qida sənayesində istifadə olunur, lakin palma meyvəsindən əldə olunan yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malik olduğundan qızardılma/bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur".Onun sözlərinə görə, dünyada istehsal olunan palma yağının təxminən 72 faizi qida sənayesində istifadə olunur: "Statistikaya əsasən dünyanın ümumi bitki yağı ehtiyacının 33 faizi palma yağı hesabına təmin edilir. İlk dəfə palma yağı ətrafında müzakirələr 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) tərəfindən bütün bitki yağlarının , o cümlədən palma yağının emalı zamanı yaranan müəyyən kimyəvi maddələrlə bağlı məqalə dərc olunduqdan sonra aktuallaşıb. Qida təhlükəsizliyi qanunvericiliyində ən aktual məsələlərin nəzərə alınması və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə eyni tənzimləmə 2020-ci ildən etibarən ölkəmizdə də tətbiq edilməyə başlanıb".

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1157
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
778
Sabah 5 kəndin qazı kəsiləcək
521
Bu yol qovşağında təmir işləri aparılacaq
506
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
419
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
337
Bakıda 9 otaqlı evdə yanğın baş verib
293
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
279
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
243
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
176
Çingiz Mustafayevin toyudur - FOTOLAR
175
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
162
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
130
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
119
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
79
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
74
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
71