AZ

İnfrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

İqtisadiyyatın şaxələndirilməsi dövlət siyasətimizin əsas istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu. Bu hədəf möhkəm təmələ əsaslandı. Bu baxımdan ki, Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüz üçün möhkəm bazanın yaradılmasını şərtləndirdi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində ölkəmizin uzunmüddətli iqtisadi inkişafı təmin edildi.

Yaradılan möhkəm təməl iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımların atılmasına yol açdı. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsinə yönələn addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 20  ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb. Bu investisiyaların 200 milyard dolları qeyri-neft sktorunun payına düşür. Cənab İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramının uğurlu icrası bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin regionlara ardıcıl səfərləri, yeni sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakı, bu səfərlərdən sonra həmin rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Tədbirlər Planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bölgələrimiz arasında sağlam rəqabət fonunda uğurlu nəticələri şərtləndirir.

Hər bir bölgənin inkişafında infrastruktur layihələrinin uğurlu icrası əsas faktor kimi önə çəkilir. Aprelin 16-da dövlət başçısı İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak etdi və çıxışında bugünədək icra edilən, eyni zamanda, icrası nəzərdə tutulan layihələr barədə ətraflı bəhs etdi. Qeyd edildi ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilib. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.

Dövlət başçısı İlham Əliyev çıxışında bu məqama dadiqqəti yönəltdi ki,  Hacıqabul gölü 10 ildən çoxdur  tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndənsonra göl də dolacaq və bunun da təbiətə çox müsbəttəsiri olacaq. “Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrininəsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdəyaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, son illərərzində əsas infrastruktur layihələri icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr artıqöz səmərəsini göstərir: “Əvvəlki illərdə bu sahəyə aid birçox böyük layihələr icra edilmişdir. Onların arasında, ilknövbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı daçox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.”

Atılan bu addımlar davamlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır. Qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bunlar inkişafın göstəriciləridir. Hazırda paytaxt Bakı iləyanaşı, bölgələrimiz də dayanıqlı inkişafı ilə dünyanın diqqətindədir. Son üç ildən artıq dövrdə tarixi Zəfərimizinreallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu torpaqlarımızın malik olduqları resurslardan səmərəli iistifadə əsas hədəflər sırasındadır. Tezliklə Qarabağ vəŞərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamı xüsusiqeyd etdi: “İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ vəŞərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridirvə kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çoxböyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.”

Seçilən
160
22
Mənbələr
Şərh ()
Bağla