AZ

Keçmiş futbolçu Noyeri Messi qədər önəmli sayır

“Bayern”in və Almaniya yığmasının sabiq hücumçusu Mario Qomes Manuel Noyer haqqında fikirlərini bildirib.



Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Almaniya yığmasının keçmiş futbolçusu, Noyeri futbola verdiyi önəm baxımından Lionel Messi ilə bərabər hesab etdiyini söyləyib:



“Mən Noyeri futbola verdiyi önəm baxımından Messi ilə bərabər hesab edirəm. Bu qapıçının idmanımızda nə qədər inqilab etdiyini dərk edib-etmədiyimi də bilmirəm. Yalnız 20 ildən sonra biz bunu anlayacağıq”.



Noyerin qapısını qoruduğu “Bayern” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Arsenal”ı məğlub edib (1:0).



38 yaşlı almaniyalı qolkiper Çempionlar Liqasında karyerasında 58-ci dəfə qapısını toxunulmaz saxlayıb. O, bu göstərici üzrə yeni rekordçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərBayern Manuel Noyer

Seçilən
156
50
Mənbələr
Şərh ()
Bağla