AZ

Messi və Suaresin qolları "İnter Mayami"yə qələbə qazandırdı

Lionel Messinin formasını geyindiyi "İnter Mayami" MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Xerardo Martinonun rəhbərlik etdiyi kollektiv "Sportinq Kanzas Siti" ilə qarşılaşıb. 5 qolun vurulduğu görüş "İnter Mayami"nin qələbəsiylə başa çatıb - 3:2.

"İnter Mayami"nin qollarının Qomes, Lionel Messi və Luis Suares vurub. Rəqibdə isə Tommi dubl edib.

"İnter Mayami" 9 turdan sonra 15 xalla birinci sıradadır.
Seçilən
142
50
Mənbələr
Şərh ()
Bağla