AZ

Gürcüstan Prezidenti parlament seçkisində bu qanunu imzalamaqdan imtina edib - KİV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Gürcüstan Prezidenti Salome Zurabaşvili parlament seçkisində qadınlar üçün kvotaları ləğv edən qanunu imzalamaqdan imtina edib.Azadmedia.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.Belə ki, “Seçki məcəlləsinə gender kvotası ilə bağlı dəyişikliklərlə əlaqədar veto almışıq. Bunu Hüquq məsələləri komitəsinə verəcəyik, qurum da bu məsələyə baxacaq və yalnız bundan sonra plenar iclasa çıxaracağıq”, - deyə Papuaşvili bildirib.Həmçinin Parlament prezidentin vetosunu ləğv edərsə, qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək. Zurabişvili qanunu ikinci dəfə imzalamaqdan imtina edərsə, o zaman parlamentin spikeri onu imzalayacaq və bundan sonra qanun qüvvəyə minəcək.

Seçilən
51
5
Mənbələr
Şərh ()
Bağla