AZ

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.Onun sözlərinə görə, 13 məktəbin təmir-tikintisi davam edir, ikisi yekunlaşıb, altısının isə təmir-tikintisinə başlanılacaq.“Bundan başqa, azad olunan ərazilərdə hazırda iki uşaq bağçası fəaliyyət göstərir, dördünün təmiri davam edir, dördünün də təmir-tikintisinə başlanılacaq”, - deyə agentliyin direktoru əlavə edib.

Seçilən
78
15
Mənbələr
Şərh ()
Bağla