AZ

Milli Məclislə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasındaƏməkdaşlıq haqqında Memorandum imzalanıb.

Trend xəbər verir ki, Memorandumu Azərbaycan Milli Məclisiadından Sahibə Qafarova, Yeni Kaledoniyanın Konqresi adından isəRok Vamitan imzalayıb.

Sənədə görə, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqınınöz müqəddəratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlıbeynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

Bundan başqa, Memoranduma əsasən, Azərbaycan və Yeni Kaledoniyaxalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminətərəflər parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcək,qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanlarıarasında daimi əlaqələrin yaradılmasına köməklik göstərəcək,həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrininöyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarətnümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək,parlamentlər arasında əməkdaşlıq üçün deputatlardan ibarət müvafiqqrup yaradacaq, qanunvericilik aktlarının hazırlanması və qəbuluna,eləcə də parlamentlərarası əməkdaşlığa dair təcrübələr barədəbir-birini məlumatlandıracaq, öz fəaliyyətləri ilə bağlı hüquqi vədigər məlumatları biri-biri ilə paylaşacaq, Azərbaycanla YeniKaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığınmüxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi,inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylərgöstərəcək, qanunvericilik orqanlarının səmərəli fəaliyyətinəmüsbət töhfə verə biləcək təcrübə mübadiləsi aparılması məqsədiləAzərbaycan Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya KonqresininBürosu arasında daimi əlaqələr yaradılmasına dəstək verəcək.

Sənəddə o da qeyd olunur ki, Əməkdaşlıq haqqında Memorandumunməqsədlərinin həyata keçirilməsi üçün müntəzəm görüşlər təşkilediləcək.

Seçilən
92
16
Mənbələr
Şərh ()
Bağla