AZ

Ramzan Kadırov Rusiya daxili işlər naziri ola bilər – KİV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.


Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın daxili işlər naziri postunu tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tsarqrad” telekanlı mənbələrə istinadla məlumat yayıb.
Mənbənin qeyd etdiyi kimi, “Krokus Siti Holl”da terror aktının törədilməsi və sonradan miqrantların saxlanılması daxili işlər naziri vəzifəsində rotasiyaya səbəb ola bilər. Ona görə də, hazırda indiki daxili işlər naziri Vladimir Kolokoltsevi əvəz etmək üçün bir neçə namizədin adı hallanır.
Namizədlər arasında Ramzan Kadırovun bu posta mümkün təyinatı birmənalı qiymətləndirilir. Ancaq bir tərəfdən, onun sərt rəhbərliyinin böhran vəziyyətlərində təsirli ola biləcəyi qeyd edilsə də, digər tərəfdən, federal səviyyədə işləmək təcrübəsinin olmamasının bu işə mane olacağı vurğulanır.
Daxili İşlər Nazirliyinin rəhbəri postuna mümkün namizədlərdən biri də Federal Penitensiar Xidmətin rəisi Arkadi Qostevdir. O, əvvəllər Daxili İşlər Nazirliyinin strukturlarında işləyib, 2012-2021-ci illərdə isə daxili işlər nazirinin müavini vəzifəsini icra edib.
Digər bir potensial namizəd isə Rusiya Prezidentinin keçmiş köməkçisi və Yaroslavl vilayətinin keçmiş qubernatoru Dmitri Mironovdur. O, təhlükəsizlik orqanlarında və Daxili İşlər Nazirliyində lazımi təcrübəyə malikdir və çoxları hesab edir ki, Mironovun nazir postuna mümkün təyinatı ilə polisdə islahatlar başlaya bilər.
“Kadırovun bu vəzifəni tutması ehtimalı istisna edilə bilməz, baxmayaraq ki, bu, praktiki olaraq əsaslandırılmış qərardan daha çox idarənin mövcud strukturları üçün təhlükə ola bilər”, - deyə telekanal qeyd edib.
Telekanal həmçinin daxili işlər nazirinin təyinatının Rusiya Pprezidentinin şəxsən verdiyi qərar olduğunu və onun seçimini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığını bildirib.
Qeyd edək ki, Rusiya hökumətinin yeni tərkibi mayın 7-də formalaşacaq Ekspertlərin hesablamalarına görə, yeni tərkibdə nazirlərin 15-30 faizi dəyişdiriləcək.
Fotoda Vladimir Kolokoltsevdir
Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
193
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
183
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
171
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
170
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
153
Azərbaycanda bu məhsul bahalaşdı
146
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
145
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
125
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
120
Helikopter qəzası ilə bağlı yeni xəbər
110
Həlak olan şəxslər sabah dəfn olunacaq
110
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
108
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
106
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
105
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
91
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
89
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
85
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
81
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
77
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
76