AZ

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qonşusunu

Bakı, 18 aprel, AZƏRTAC

Yanvarın 1-də Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin yaşadığı binanın qarşısında öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 2009-cu il təvəllüdlü Fuad Quluzadənin qonşusu Canpolad Tağıyev ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun qardaşının gözləri qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Tərtər Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, Fuad Quluzadəyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Seçilən
61
11
Mənbələr
Şərh ()
Bağla