AZ

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb:
"Yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək. Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə, ticarət şəbəkələrində satılan adi unla yanaşı, dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”.

Seçilən
43
30
Mənbələr
Şərh ()
Bağla